OzunOyren logo

ÖzünÖyrən” Kütləvi Açıq Onlayn Kurs platformasıdır.

Peşənizdən və yaşınızdan asılı olmayaraq müasir dövrün aktual dərslərini istənilən vaxt, istənilən yerdə özünüz öyrənin. Video dərslər və interaktiv tapşırıqlarla real bacarıqlar öyrənin.

Əlçatan

Təhsil sərhəd tanımamalıdır. Dünyanın istənilən nöqtəsindən kursları dinləyə bilərsiniz.

Nailiyyətli

Gərgin zəhmət layiqli dəyərini almalıdır. Qazandığınız bilik və bacarıqlara sertifikat əldə edirsiniz.

Səriştə yönümlü

Ustalıq fəaliyyətlə qazanılır. Tək nəzəriyyə deyil, həm də praktiki təcrübə qazandırırıq.

Peşəkar müəllimlər

Keyfiyyətli təhsil müəllimlərdən başlayır. Peşəkarlığını sübut etmiş müəllimlərdən öyrənin.

Kurslarla tanış olun

AppInventor ilə Android proqramlaşdırma

Müasir zəmanədə smartfon yəqin ki, ən çox istifadə edilən cihazdır. Əminəm ki, hər gün bəlkə də hər dəqiqə smarfonunuzdakı fərqli tətbiqlərdən yararlanırsınız. Bəziləriniz dostlarınızla ünsiyyət qurur, bəziləriniz bank hesabınızdan köçürmə edirsiniz, bəziləriniz oyun oynayır, və bu kimi fərqli işləri görmək üçün smartfornunuzdakı tətbiqlərdən istifadə edirsiniz. AppInventor platforması blok-proqramlaşdırması vasitəsilə mobil telefonlar üçün tətbiqlərin yaradılmasına xidmət edir. Bu platforma Google şirkəti və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmışdır. Biz bu kursda sizə AppInventor-un köməyi ilə mobil tətbiqlərin necə yaradıldığını öyrədəcəyik.

Kursa yazıl

Python-da ilk addımlar

Python dili müasir zamanda ən geniş yayılmış proqramlaşdırma dillərindən biridir. İstər oyun proqramlaşdırmasında, istər süni intellekt araşdırmalarında, istərsə də veb xidmətlərin yaradılmasında kifayət qədər çox istifadə edilir. Təbii ki, onun tətbiq sahələri bununla da məhdudlaşmır. Bu kurs sizə Python dili ilə proqramlaşdırma sahəsində ilk addımlarınızı atmağa kömək edəcəkdir. İlkin mərhələdə sadə proqramları mənimsəməyə başlayaraq növbəti addımlarda lazımi mövzular haqqında daha ətraflı öyrənəcəksiniz.

Kursa yazıl

AppInventor ilə iOS proqramlaşdırma

Müasir zəmanədə smartfon yəqin ki, ən çox istifadə edilən cihazdır. Əminəm ki, hər gün bəlkə də hər dəqiqə smarfonunuzdakı fərqli tətbiqlərdən yararlanırsınız. Bəziləriniz dostlarınızla ünsiyyət qurur, bəziləriniz bank hesabınızdan köçürmə edirsiniz, bəziləriniz oyun oynayır, və bu kimi fərqli işləri görmək üçün smartfornunuzdakı tətbiqlərdən istifadə edirsiniz. AppInventor platforması blok-proqramlaşdırması vasitəsilə mobil telefonlar üçün tətbiqlərin yaradılmasına xidmət edir. Bu platforma Google şirkəti və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmışdır. Biz bu kursda sizə AppInventor-un köməyi ilə mobil tətbiqlərin necə yaradıldığını öyrədəcəyik.

Kursa yazıl
Yeni
Pulsuz

Data Strukturları və Alqoritmlər (Python)

Alqoritmlər və Data Strukturları üzrə təməl biliklərdən bəhs edən bu kurs həm təcrübəli proqramçılar həm də bu sahəni yeni öyrənənlər üçün nəzərdə tutulmuşdur. Kursun hər bir bölməsi sizi həm nəzəri materiallarla tanış edir və həm də öyrəndiklərinizi tətbiq etmək üçün praktik məqamlara toxunur. Öyrəndiklərinizi möhkəmləndirmək üçün kursda verilmiş praktiki tapşırıqları yerinə yetirəcəksiniz. Kurs alqoritm və data strukturlarını, alqoritmlərin zaman mürəkkəbliyinin analizi və Big O notation anlayışı ilə yanaşı, qraflar, ağaclar, stek və növbələr kimi data strukturlarını və onlara tətbiq olunan klassik alqoritmlərlə sizi tanış edəcək.

Kursa yazıl
Yeni
Pulsuz

"Bebras" müsabiqəsində koordinatorluq

“Bebras Müsabiqəsində Koordinatorluq” kursu, Bebras yarışmasını məktəblərində təşkil etmək istəyən müəllim və təhsil işçiləri üçün hazırlanmışdır. Kurs Bebras yarışmasının tarixi, missiyası və strukturu ilə tanışlıqla başlayır. İştirakçılar, müxtəlif yaş qrupları üçün nümunə tapşırıqları öyrənəcək və həll etmə strategiyaları haqqında məlumat əldə edəcəklər.

Kursa yazıl
Yeni
25 AZN

Apache Kafka. Əsasları və Data Prosesslər üçün Kafka Streams

Apache Kafka ilə real vaxtda məlumat axınlarını idarə etməyi öyrənin. Bu kurs Kafka-nın əsas prinsiplərini və Kafka Streams API vasitəsilə axın məlumatlarının emalını praktiki nümunələrlə izah edir. Məlumat itkisiz və yüksək performanslı sistemlər qurmağı bacarın.

Kursa yazıl
Pulsuz

Tacir.PRO: Ümumi məlumat və quraşdırma

Bu kurs Tacir.PRO sisteminə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. Kurs iştirakçıları sistemi ilk dəfə quraşdırmaq, interfeyslə tanış olmaq və gündəlik əməliyyatlarda rahat istifadə üçün əsas funksiyaları öyrənəcəklər.

Kursa yazıl
Yeni
Pulsuz

Data Strukturları və Alqoritmlər (C#)

Alqoritmlər və Data Strukturları üzrə təməl biliklərdən bəhs edən bu kurs həm təcrübəli proqramçılar həm də bu sahəni yeni öyrənənlər üçün nəzərdə tutulmuşdur. Kursun hər bir bölməsi sizi həm nəzəri materiallarla tanış edir və həm də öyrəndiklərinizi tətbiq etmək üçün praktik məqamlara toxunur. Öyrəndiklərinizi möhkəmləndirmək üçün kursda verilmiş praktiki tapşırıqları yerinə yetirəcəksiniz. Kurs alqoritm və data strukturlarını, alqoritmlərin zaman mürəkkəbliyinin analizi və Big O notation anlayışı ilə yanaşı, qraflar, ağaclar, stek və növbələr kimi data strukturlarını və onlara tətbiq olunan klassik alqoritmlərlə sizi tanış edəcək.

Kursa yazıl
Yeni
20 AZN

Etik Hackingi Sıfırdan Öyrən

Bu kurs sizə etik hackerliyin əsaslarından başlayaraq real sistemlər üzərində tətbiq olunan peşəkar nüfuzetmə testlərinə qədər uzanan güclü və praktik bilik bazası qazandırır. Addım-addım yanaşma ilə siz həm Windows, həm də Linux mühitlərində təhlükəsizlik zəifliklərini aşkar etməyi və qiymətləndirməyi öyrənəcəksiniz. Dərslər real dünya ssenariləri və praktiki tapşırıqlar üzərində qurulduğu üçün öyrəndiklərinizi dərhal tətbiq edə biləcəksiniz. Kurs boyunca istifadə olunan alətlər və metodlar müasir təhlükəsizlik tələblərinə uyğundur və sənayedə real istifadə olunur. Nəticədə siz sistemlərin təhlükəsizliyini peşəkar səviyyədə analiz edə və etik hacker kimi inamla fəaliyyət göstərə biləcəksiniz.

Kursa yazıl

Etik Hacking: Rəqəmsal dünyada kibertəhlükəsizliyin görünməyən qəhrəmanları

Yanvar 2, 2026

“Hacker” sözü çox vaxt filmlərdəki qara ekran, yaşıl kodlar və cinayətkar obrazlarla assosiasiya olunur. Halbuki real dünyada hackerlər müxtəlif növlərə bölünür. Etik hackerlər isə sistemləri sındırmaq üçün deyil, sındırıla bilən yerləri tapmaq və bağlamaq üçün çalışırlar.

Apache Kafka nədir və niyə bu qədər önəmlidir?

Dekabr 30, 2025

Bu gün kodlaşdırma sadəcə proqramçı olmaq üçün deyil. Kodlaşdırma uşaqlara düşünməyi, problemləri parçalamağı, səbəb–nəticə əlaqəsini qurmağı və yaradıcı həllər tapmağı öyrədir.

Rəqəmlərin dili

Dekabr 22, 2025

Min illər əvvəl informasiyanı daha səmərəli saxlamaq üçün yaranan riyazi yazı bu gün dünyanın ən hökmran dilinə çevrilib. Dövlətlərin qərarlarından, iqtisadi sistemlərdən tutmuş kompüterlərin və süni zəkanın işləmə prinsipinə qədər hər şey rəqəmlərin üzərində qurulub.

Süni İntellekt Saatı (Hour of AI)

Dekabr 5, 2025

8–14 dekabr 2025 tarixləri dünyanın hər yerində Kompüter Elmləri Təhsili Həftəsi (Computer Science Education Week – CSEdWeek) qeyd olunur.

Tacir.PRO anbar, satış və kassa sistemi üzrə təlim kursları

Noyabr 30, 2025

Ölkəmizin 500-dən çox kommersiya obyektini idarə edən sistem üzrə ödənişsiz təlim kursları.

Digər faəliyyətlərimiz

Əməkdaşlıq

Sizin bilik və təcrübəniz başqaları üçün ilham mənbəyi ola bilər. Biliklərinizi paylaşaraq, insanlara maraqlarını kəşf etməyə, yeni bacarıqlar qazanmağa və karyeralarını inkişaf etdirməyə dəstək olmaq istəyirsinizmi?

ÖzünÖyrən sizi öz kurslarınızı yaratmağa və geniş auditoriyalara çatdırmağa dəvət edir. Biz bu yolda sizin yanınızdayıq! Məzmunun hazırlanmasından tutmuş, maraqlı və interaktiv tapşırıqların yaradılmasına, innovativ texnologiyaların tətbiqinə və peşəkar video çəkilişlərinə qədər hər mərhələdə sizə tam dəstək göstəririk.